Simurq Mebel

    Simurq Mebel qurulduğu gündən bəri yüksək texnologiyanı və insan əməyini birləşdirərək cəmiyyətə və ətraf mühitə həssas, istehsal yanaşmasını davam etdirir. Şirkətimiz mebel sektorunda zəngin məhsul müxtəlifliyi, yeniliklərə liderlik edən dizayn anlayışı, keyfiyyət standartları və satış sonrası xidmətləri ilə Azərbaycanın etibarlı mebel istehsalçıları arasındadır.

    Simurq Mebel  biliyi və təcrübəsi ilə mebel sektorundakı yeniliklərin və ilklərin istehsalını planlamaqdadır.

    Brendimiz, müasir yataq otaqları, yemək otaqları, divan qrupları, televiziya qurğuları və mebel aksesuarları istehsal edərək müştərilərinə “Konsept Mebel” istehsal yanaşması ilə xidmət göstərir.

    Müştəri məmnuniyyətini əsas prinsipi olaraq qəbul edən Simurq Mebel, müştərilərinə keyfiyyətli məhsullar təqdim etməklə yanaşı, dünya tendensiyalarını yaxından izləyir və məhsullarına yenilikləri əks etdirir. Simurq Mebel, müştərilərinə ən yaxşı xidməti təqdim edərək uzunmüddətli əlaqələr qurmağa sadiqdir. Simurq Mebelin ən böyük üstünlüyü; Orijinal dizaynını və keyfiyyətli məhsullarını ən sərfəli qiymətə ən qısa müddətdə müştərilərinə çatdırmaqdır.